Sualınız var? Bizə zənq edin: (+994 55) 464 13 31 | (+994 50) 888 03 53

Taraflex idman yer örtüyü

60 ildən artıq bir müddət ərzində Taraflex™ brendi qapalı idman sahələrinin təchizatı üçün №1 seçim olaraq qalmaqdadır.

Taraflex™

Taraflex™ - son on Olimpiada zamanı – 1976-cı il Monreal oyunlarından 2012-ci il London oyunlarınadək – keçirilən həndbol, voleybol, badminton və stolüstü tennis müsabiqələrində istifadə edilən dünyada ən taninmiş idman yer örtüyüdür. 

İstənilən səviyyəli hər bir idmançı öz karyerası boyu ən azı bir dəfə Taraflex™ yer örtüyü üzərində oyun keçirib. Bu yer örtükləri yaşından və ustalığından asılı olmayaraq hamıya uyğun gəlir. 

İdman müsabiqələrinin qabaqcıl təşkilatçıları bizə inanırlar. Bizim yer örtüklərimiz ən yaxşı xüsusiyyətlərilə fərqlənir və çox rahat və təhlükəsizdirlər.

TARAFLEX™ Sport M Comfort TARAFLEX™ Sport M Evolution TARAFLEX™ Sport M Performance
TARAFLEX™ Footstal TARAFLEX™ Isolsport TARAFLEX™ Multi - Use 3.0
TARAFLEX™ Multi - Use 5.0 TARAFLEX™ Multi - Use 6.2 TARAFLEX™ Surface

Taraflex yer örtüyü müxtəlif modifikasiyalarda hazırlanır və həm həvəskar, həm də professional idman məşğuliyyətlərinin, məşqlərinin və müsabiqələrinin keçirilməsi üçün nəzərdə tutulub. Taraflex yer örtüyünün quraşdırılması iki variantda mümkündür – stasionar və daşına bilən. Stasionar quraşdırılma zamanı örtüyün səthi özülə yapışdırılır və qaynaq edilir. Mobil quraşdırılma zamanı material xüsusi iki tərəfli skoç vasitəsilə özülə bərkidilir.
Taraflex yer örtüyünün üst qalınlığı 2.1 mm təşkil edir və təmiz kalandrlanmış teksturalı vinildən ibarətdir. Bu vinilin üzərinə xüsusi poliuretan lay çəkilib ki, bu lay tarafleksin texniki tərəfdən qulluğunu sadələşdirir və yeri müxtəlif izlərdən qoruyur. Bunula da, yerin istismar müddəti uzanır. Şüşəlifli tor idmançının ayaqlarından yer örtüyünə gələn təzyiqdən baş verən çoxqatlı yer örtüyünün deformasiyasının bərabər şəkildə yayılmasını təmin edir. Bu oyunçuya daha çox hərəkət sərbəstliyi verir, məsələn, pəncənin döndərilməsi və ya sərt sıçrayışlar zamanı. 4.4 mm qalınlıqlı qapalı məsaməli polivinilxlorid penoplast hava yastığı kimi təsir göstərir ki, bunula idmançıya təhlükəsizlik və rahatlq gətirir və zərbələrin amortizasi tələblərinə cavab verir. Tarafleksin ümumi qalınlığı 6.5 mm təşkil edir və o, fabrik şəraitində göbələk və mikrob əleyhinə maddə ilə hopdurulub. Taraflex 1.5 metrlik enində rulonlarla buraxılır və maksimal uzunluq 20 metr təşkil edir. Hər bir kvadrat metrin çəkisi 4.2 kq-dır. 12 müxtəlif rəng seçimi var. Taraflex idman örtüyü voleybol, əl topu, badminton, tennis, futbol və digər idman növləri üçün yararlıdır.

İdman hamı üçün!

• Taraflex™ Sport yer örtüyü rahatlıq və təhlükəsizlik səviyyəsini təmin edir və bununla o, bütün növ idman oyunlarında istifadə oluna bilir. 
• Amortizasiya 25 %-dən 35%-dək
• Şaquli deformasiya ≤ 2.0 mm
• Eco-Fit™ System və ya Dry-Tex™ System quraşdırıla bilər.

Kitabçanı yüklə:

Rus.
İng.

Rənglər kartı:


6109 6134 6146 6180 6211


6109 6134 6146 6180 6211


6109 6134 6146 6180 6211


6109 6134 6146 6180