Sualınız var? Bizə zənq edin: (+994 55) 464 13 31 | (+994 50) 888 03 53

Tez və rahat yapışqandan istifadə etmədən parket döşəmək istiyənlər üçün biz 2 effektiv qərar təklif edirik: Ultrablok və Kombiblok. Ultrablok iki taxtanı çəkicin yüngül zərbələriylə öz arasında birləşdirməyə imkan verir. Kombiblokun köməyi ilə taxtalar bir-birinə yanaşı döşənirlər. Ultrablok və Kombiblok həmçinin taxtaları ayırmaq imkanını verirlər, və səhvləri qısa bir zamanda aradan götürmək olar. Döşəmə sisteminin seçimi yalnız zövqlə və üstünlüklə diktə edilir. Hər bir sistemi seçərkən, Siz parket taxtasının rahat döşəməsinə əmin ola bilərsiniz, birləşdirilmə isə möhkəm və etibarlı olacaq. İki konstruksiya çox üstünlüklərə malikdilər: Aralıqlarsız möhkəm birləşdirilmə Döşəmənin cox tez və rahat qurulması Yapışqan lazım deyil Sizə bir şeyi düzəltmək lazım olsa, döşəməni rahatlıqla sökmək olar

Multiflex

Multiflex (DIN 18032-2 normalarına uyğun)
Elastik binövrəli idman döşəməsi (stasionar olaraq qurulur)
Elastik binövrəli döşəmə sistemi, parketin növü – fıstıq. Parket panelləri elastik yapışqanın köməyi ilə fanerə bərkidilir, faner isə Tarfoam 1500 (xüsusi hazırlanan elastic binövrəyə) döşənir. Sistem qabaqcadan düzləndirilən möhkəm döşəməyə qoyulur. Konstruksiyanın hündürlüyü 22 mm parket paneli daxil edərək, 47 mm təşkil edir.

Reflex

Tək laq sistemli idman döşəməsi (stasionar olaraq qurulur)
Yarımsferalı tək laqlı döşəmə sistemi, parketin növü – fıstıq. Aparıcı laqlar Tarfoam 1200 (xüsusi hazırlanan elastic binövrəyə) döşənirlər. Sistem qabaqcadan düzləndirilən möhkəm döşəməyə qoyulur. Konstruksiyanın hündürlüyü 22 mm parket paneli daxil edərək, 60 mm təşkil edir.

Proflex

İkiqat laq sistemli idman döşəməsi (stasionar olaraq qurulur)
İkiqat laqlı döşəmə sistemi, parketin növü – fıstıq. Aparıcı laqlar Tarfoam 1200 (xüsusi hazırlanan elastic binövrəyə) döşənirlər. Laqların kəsişmə nöqtələrində DIN altlıqları quraşdırılıb. Sistem qabaqcadan düzləndirilən möhkəm döşəməyə qoyulur. Konstruksiyanın hündürlüyü 22 mm parket paneli daxil edərək, 88 mm təşkil edir.

Sportable

Qurulub-sökülən idman döşəməsi sistemi.
Sistem hər hansı quru və düz döşəməyə və ya buza qoyulur – aerolyonun (istilik keçirməyən material) və ya oxşar qatin məcburi istifadəsi ilə. Konstruksiyanın hündürlüyü 22 mm parket paneli daxil edərək, 56 mm təşkil edir.