Sualınız var? Bizə zənq edin: (+994 55) 464 13 31 | (+994 50) 888 03 53

Casalı (İtaliya) akril örtükləri yerində tökülən akril tərkibli iki və ikidən artıq qatlardan ibarətdir. Hər bir qat xüsusi plastifik əlavələrə malikdir, nəticəsində çox davamlı idman örtüyü əldə edilir.
Örtüklər həm qapalı zallarda, həm də açıq meydanlarda müvəffəqiyyətlə istismar edilir. Plastifikatorlar temperaturun kəskin dəyişməsində qatların çatlamaq ehtimalını istisna edirlər. Amortizasiya edən qat rezin qranula və bağlayıcıdan ibarətdir və (lazım olsa) həmçinin yerində tökülür. Qatların kimyəvi tərkibinin dəqiq seçilməsinə görə oyunçular üçün rahat və təhlükəsiz olan sabit monolit səth əldə edilir.
Casalı tökülmə akril örtükləri "xard" və yumşaldılmış "xard" tipli tennis örtükləri kimi istifadə olunur.
5 standart rənglərdə istehsal edilir: qırmızı, yaşıl, tünd yaşıl, köy, açıq köy. Sıfarışçınin arzusu ilə rəng qamması cürbəcür ola bilər. Akrilın başqa örtüklərin qarşısında üstünlükləri – elastiklik, sürtülməyə davamlıq və binövrədə xırda çatlaqların üstünü örtmək imkanı.

Supersoft – Supersoft W.S

Supersoft sistemi – topun ideal sıçramasını təmin edən ənənəvi sintetik örtükdür. Bu cür kortlar texniki xidmət tələb etmir, onlar hava şəraitlərinə və sürtülməyə davamlıdılar. 
ITF sertifikatı – 2 kateqoriya;
Yanğına səbatlıq tələbləri (İtaliya) – 1 dərəcə; 
STA sertifikatı – 2 dərəcə;

Texniki məlumat:

İdman örtüyü qalınlığı təxminən 1-1,5 mm. olan asfalt binövrəyə qoyulur. Əvvəlcə asfalt binövrənin məsamələri dolduran 1-2 qat Softbase sintetik örtüyü çəkilir. Sonra məntiqi surətdə 3-4 qat tələb edilən rəngdə Supersoft mastikası çəkilir (məsrəfi təxminən 2,5 kq/kv.m) Bu örtük çox uzunömürlüdür, texniki xidmət tələb etmir və sürtülməyə, UB-şualara və kəskin hava şəraitlərinə yüksək davamlığa malikdir. Kort üçün xəttlərin nişanlaması Pitlinea (stirol-akril qatranın əsasında güclü çəkilən piqmentasiya ilə məhsulun) köməyi ilə həyata keçirilir.

Dənəvərlənmiş rezindən aradakı qatın köməyi ilə Supersoft Doppio sistemi döşəməni yüksək elastikli edir, topun ideal sıçramasını və oyunçuya komfort təmin edir. Bu döşəməyə texniki xidmət tələb olmur, o hava şəraitlərinə və mexanik zədələnmələrinə davamlıdır. ITF sertifikatı – 2 kateqoriya.

Texniki məlumat:

1,5-2 mm. qalınlığında idman örtüyünün döşəməsi bir neçə mərhələdə həyata keçirilir: 
1) asfaltlı örtüyə 1-2 qat Softbase sintetik örtüyünü çəkmək, məsrəfi təxminən 1 kq/kv.m;
2) 3-5 qat Supersoft Doppio mastikını çəkmək, məsrəfi təxminən 1,5 kq/kv.m. Örtüyün oyun keyfiyyətı çəkilən qatların sayından proporsional surətdə artırılır;
3) 1-2 qat son Top Doppio qatından çəkmək. Örtüyün məsrəfi 0,500 – 1 kq/kv.m. təşkil edir. Bu örtük çox uzunömürlüdür, texniki xidmət tələb etmir və sürtülməyə, UB-şualara və kəskin hava şəraitlərinə yüksək davamlığa malikdir. Kort üçün xəttlərin nişanlaması Pitlinea (stirol-akril qatranın əsasında güclü çəkilən piqmentasiya ilə məhsulun) köməyi ilə həyata keçirilir.

Tam innovasiya: rezin qırıntılarından ibarət olan balışda kvarslı əlavələr yoxdur və o yüksək elastikli sintetik qatranla müdafiə edilib. Surface EVOlution sistemi başqa sistemlər kimi rahatlıqla qurulur, lakin onun elastikliyi bu örtüyü daha təhlükəsiz edir, oynaqlara təzyiqi azaldır və əla oyun xarakteristikalarını təmin edir. 
ITF sertifikatı – 1 kateqoriya; 
Yanğına səbatlıq tələbləri (İtaliya) – 1 dərəcə;

Texniki məlumat:

Təxminən 3 mm. qalınlığında idman örtüyünün döşəməsi bir neçə mərhələdə həyata keçirilir: 
1) asfaltlı binövrəyə 1-2 qat Softbase sintetik örtüyünü çəkmək, məsrəfi təxminən 1 kq/kv.m;
2) rezin lif süpürgənin köməyi ilə 3-4 qat sintetik elastomer (inersiyalı materiallar daxil etməyən) və elastik birkomponentli Surface EVOlution astarını çəkmək, məsrəfi təxminən 2 kq/kv.m;
3) rezin lif süpürgənin köməyi ilə 2-3 qat tamamlayıcı Comfort Coating örtüyü çəkmək. Örtüyün rəngi dəyişdirilə bilər. Örtüyün məsrəfi 1-1,5 kq/kv.m təşkil edir.
Bu örtük yalnız üzünömürlü deyil, o həmçinin sürtülməyə və UB-şualara davamlıdır. Texniki xidmət tələb etmir.

Premium

Premium sistemi kortlar üçün poliuretan qatran əsaslı ənənəvi örtükdür. Sistem asfaltlı və ya sementli binövrəyə döşəmək üçün modifikasiya edilib. Bu yumşaq yerə qoyulan sistemdir, həm idman məşğələləri üçün, həm də ənənəvi həvəskar oyunlar üçün idealdır.

Texniki məlumat:

1) rezin lif süpürgənin köməyi ilə asfaltlı binövrəyə 5 mm.-li Poristop (asfalt binövrədə məsamələri dolduran ikikomponentli poliuretanlı ortük) qatını çəkmək. Məhsulun məsrəfi təxminən 1 kq/kv.m. təşkil edir, ancaq məsrəf həmçinin binövrənin məsaməliliyindən asılıdır.
2) çəkilən məhsulun bərkiməsindən sonra - ən azı 12-20 saatdan – Premium qatını 3 mm.-li dişli rəngsaz malasının köməyi ilə çəkmək. Maddənin məsrəfi təxminən 4 kq/kv.m. təşkil edir.
3) məhsulun bərkiməsindən sonra – birinci qatın çəkilməsindən ən azı 12-20 saatdan sonra 1 mm.-li dişli rəngsaz malasının köməyi ilə ikinci Premium qatını çəkmək və dərhal səthə EPDM qranulaları paylaşdırmaq. Maddə bərkiyəndən sonra qranulaların qalıqlarını təmizləyin. Premium-un məsrəfi təxminən 1,3 kq/kv.m. təşkil edir.
Kort üçün xəttlərin nişanlaması Pitlinea (stirol-akril qatranın əsasında güclü çəkilən piqmentasiya ilə məhsulun) köməyi ilə həyata keçirilir.
Polysport sistemi cürbəcür idman növləri üçün istifadə olunan idman meydanları üçün ideal variantdır. Bu örtük sadəcə elastik deyil, həmçinin hava şəraitlərinə və silinməyə yüksək davamlığa malikdir. 
Texniki dəstək tələb etmir.

Texniki məlumat:

Asfalt binövrəyə 1-1.5 mm. qalınlığında Softbase əsasını çəkmək – o asfaltda məsamələri dolduracaq. Sonra 3-4 qat tələb edilən rəngli xüsusi Polysport mastiki çəkmək. Ümumi məsrəfi təxminən 2,5 kq/kv.m. Bu kort tipi çox uzunömürlüdür, texniki xidmət tələb etmir, UB-şüalara və kəskin hava şəraitinə davamlıdır.
Kort üçün xəttlərin nişanlaması Pitlinea (stirol-akril qatranın əsasında güclü çəkilən piqmentasiya ilə məhsulun) köməyi ilə həyata keçirilir.

Bu sistem idman örtüyünə elastiklik və köhnəlməyə davamlıq təmin edir və idman otaqlarında istifadə üçün ideal variantdır. Rezin qırıntının və poliuretan qatranda əsaslanan üst səthi – bu sisteminin keyfiyyət və çoxfunksionallığın nöqteyi-nəzərindən ideal seçimdır.

Texniki məlumat:

1) səthi səliqə ilə təmizləmək;
2) dişənmiş rəngsaz malasının köməyi ilə dənəvərlənmiş Spormat rezindən hazır payəndazı Pavisint Glue 80 yapışqanın köməyi ilə binövrəyə yapışdırmaq. Yapışqanın məsrəfi təxminən 0,7-0,9 kq/kv.m təşkil edir. Rezin payəndazları təzə çəkilən yapışqanın qatına sıxmaq və yapışqana qurumaq vermək;
3) rəngsaz malasının köməyi ilə Pavisint Sealer 45 qatını çəkmək – o rezin payəndazda məsamələri dolduracaq. Əvvəlcə payəndazların qoşulma yerlərinə çəkmək, sonra payəndazların bütün səthinə çəkmək. Pavisint Sealer 45 məsrəfi təxminən 0,5 kq/kv.m. təşkil edir, ancaq məsrəf həmçinin payəndazın səth sahəsindən asılıdır;
4) məhsul bərkiyəndən sonra – axırıncı qatı çəkəndən təxminən 12-20 saatdan sonra Pavisint SL 75 çəkmək və dəmir rəngsaz malasının köməyi ilə onu hamarlamaq. Məsrəfi təxminən 0,300 kq/kv.m. təşkil edir;
5) məhsul bərkiyəndən sonra – axırıncı qatı çəkəndən təxminən 12-20 saatdan sonra dişənmiş rəngsaz malasının köməyi ilə ikinci qat Pavisint SL 75 çəkmək. Məsrəfi təxminən 2,4 kq/kv.m. təşkil edir;
6) məhsul bərkiyəndən sonra – axırıncı qatı çəkəndən təxminən 12-20 saatdan sonra dişənmiş kistin köməyi ilə Pavisint Finish 90 (rəngli elastikli ikikomponentli örtük) çəkmək. Məsrəfi təxminən 0,200 kq/kv.m. təşkil edir;
Kort üçün xəttlərin nişanlaması Pitlinea (stirol-akril qatranın əsasında güclü çəkilən piqmentasiya ilə məhsulun) köməyi ilə həyata keçirilir.

Colorsint

Colorsint sistemi asfaltlı velosiped cığırlarının, avtodayanacaqların, avtobus və taksi yollarının rəngləməsi və qorunması üçün ideal variantdır. Colorsint yalnız silinməyə və kəskin hava şəraitlərinə yox, həmçinin duru yanacaq və sürtkü materiallara davamlıdır.
A.N.A.S. tərəfindən sertifikatlaşıb
ITF sertifikatı – 1 kateqoriya;

Texniki məlumat:

Təzə və ya yaxşı vəziyyətdə olan asfalt binövrəyə 3-4 qat Colorsint çəkmək. Məsrəfi təxminən 2-2,5 kq/kv.m təşkil edir. Örtük yalnız sürtülməyə davamlı deyil, həmçinin o sürüşmür (həm quru, həm də yaş vəziyyətdə), sabit rəngə malikdir, UB-şüaların təsirinə davamlıdır. Texniki xidmət tələb etmir.
Kort üçün xəttlərin nişanlaması Pitlinea (stirol-akril qatranın əsasında güclü çəkilən piqmentasiya ilə məhsulun) köməyi ilə həyata keçirilir.

Colortop sistemi asfaltbeton üçün təyin edilib, silinməyə, duru yanacağa və neftə davamlıdır. 
Hava limanlarında, avtodayanacağlarda, velosiped və piyada cığırlarında uğurla istifadə olunur. A.N.A.S. tərəfindən sertifikatlaşıb.

Texniki məlumat:

Təzə və ya yaxşı vəziyyətdə olan asfalt binövrəyə 2-3 qat Colortop çəkmək. Məsrəfi 1-2,5 kq/kv.m. təşkil edir; miqdarı binövrənin məsaməliliyindən və çəkilmə üsulundan asılıdır. Diqqətli toxaclamadan sonra Colortop uzunömürlü və sürüşməyən (həmçinin yaş vəziyyətində) örtük olacaq. Velopised çığırları, şəhər bağçaları, səkilər və yollar üçün ideal variantdır. Örtüyün rəngi sabitdir, UB-şüalara və duru yanacaqlara sabitdir, texniki xidmət tələb etmir. 
Əksetmə qabiliyyətinə malik deyil.

Polysport-HP-30

Polysport HP 30 sistemi asfalt binövrədə yerləşən katoklar üçün təyin edilib və sürüşməyin əla keyfiyyətini təmin edir. Xüsusi örtüyə görə bu sistem hamardır və sürüşmür.

Texniki məlumat:

1,5 mm. qalınlığında səthin döşəməsi bir neçə mərhələdə həyata keçirilir: 
1) rezin lif süpürgənin köməyi ilə 2 qat Polysport HP 30 Base çəkmək. Polysport HP 30 Base – asfalt binövrədə məsamələri dolduran rəngli örtükdür. Məsrəfi təxminən 1,5 kq/kv.m. təşkil edir;
2) örtük bərkiyəndən sonra tələb edilən rəngdə rezin lif süpürgənin köməyi ilə xüsusi Polysport HP 30 mastiki çəkmək. Məsrəf: 1 kq/kv.m.; 
3) örtük bərkiyəndən sonra tələb edilən rəngdə rezin lif süpürgənin köməyi ilə 2 qat tamamlayıcı Polysport HP 30 Finish çəkmək. Məsrəf: 0,600 kq/kv.m.
Kort üçün xəttlərin nişanlaması Pitlinea (stirol-akril qatranın əsasında güclü çəkilən piqmentasiya ilə məhsulun) köməyi ilə həyata keçirilir.

Ribosint

Ribosint sistemi EPDM rezin qırıntı ilə poliuretan qatranda əsaslanıb. Bu sistem asfalt və sement platformada əsaslanan, açıq havada və ya otaqlarda yerləşən meydanlar üçün təyin edilib. Sistemi alarkən, sifarışçiyə yanğına səbatlıq tələblərinə uyğun olan (dərəcə 1) sertifikat verilə bilər.

Texniki məlumat:

4 mm. qalınlığında bouling üçün cığırın sement binövrədə döşəməsi bir neçə mərhələdə həyata keçirilir: 
1) sonrakı qatların daha yaxşı yapışması üçün Epobase S örtüyünü çəkmək;
2) məhsul bərkiyəndən sonra – axırıncı qatı çəkəndən təxminən 20-36 saatdan sonra platformu hamarlamaq, rəngsaz malasının köməyi ilə Ribosint çəkmək. Məsrəf: 0,5-1 kq/kv.m., platformun xarakteristikasından asılı olaraq;
3) məhsul bərkiyəndən sonra – birinci qatı çəkəndən təxminən 12-20 saatdan 2 mm.-lıq dişənmiş rəngsaz malasının köməyi ilə Ribosint çəkmək. Məsrəfi təxminən: 2,6 kq/kv.m.;
4) məhsul bərkiyəndən sonra – birinci qatı çəkəndən təxminən 12-20 saatdan 1 mm.-lıq dişənmiş rəngsaz malasının köməyi ilə Ribosint-ın ikinci qatını çəkmək. Məsrəf: 1,3 kq/kv.m. Çəkəndən sonra dərhal səthin üstünü EPDM qranulalarla düzəltmək;
5) məhsul bərkiyəndən sonra – təxminən 12-20 saatdan sonra artıq qranulları səthin üstündən təmizləmək və kvars qumu ilə tökmək.