Sualınız var? Bizə zənq edin: (+994 55) 464 13 31 | (+994 50) 888 03 53

Limonta (İtaliya) süni ot – su buraxmayan rulon örtükdür. Möhkəm binövrəyə və ya yaxşı hazırlanan qumlu-çınqıllı yerə döşənir. Montaj üsüluna görə doldurulmayan, yalnız qumla doldurulan və ya qumla və kauçuk qranulyantla doldurulan ola bilər. 
Limonta süni otu tafting üsülu ilə polietilen, polipropilen və ya poliamid lifindən istehsal edilir. Lif ultrabənövşəyi şüalara və başqa atmosfer təsirlərə davamlıdır. Təyinatından (idman növündən) aslı olaraq ot müxtəlif modifikasiyalarda istehsal edilir. Əsas fərqləri: lifin növü və qalınlığı, xovun sıxlığı və hündürlüyü, süni otlu meydanın doldurulma üsülu. 
İdmanın oyun növləri üçün (futbol, xokkey, tennis, reqbi və s.) təbii və ya süni örtüklü otlu meydanlar istifadə olunur. Süni ot təbii otla müqayisədə bir sira ciddi üstünlüklərə malikdir. Məsələn, təbii qazonu gündə 2 saatdan artıq istifadə edilməsi məsləhət deyil, süni qazonu isə gündə 24 saat istifadə etmək olar – süni qazon yüksək dərəcədə davamlıdır. Oyunlar fəsili bütün il davam edə bilər. Süni otun qulluq etməsı təbii otdan daha sadədir. Əsassız deyil ki, 2001 ildə Beynəlxalq Futbol Federasiyası (FIFA) süni otlu meydanlarda rəsmi yarışların keçirilməsinə icazə verib, Beynəlxalq otüstü xokkey federasiyasının (FIH) məsləhətlərinə görə isə otüstü xokkey üzrə rəsmi yarışlar süni meydanlarda keçirilir. “Milan” futbol klubu birinci olaraq məşqləri və rəsmi yarışları Limonta süni otunda keçirməyə başlayıb.
Adətən tennis üçün xovun hündürlüyü 25 mm olan otdan istifadə olunur. Futbol üçün – 50-60 mm. Xovun 25-45 mm hündürlükdə olan süni ot əsasən universal və minifutbol meydanlarına döşənir. Otüstü xokkey üçün qısa sıx xovlu ot istehsal olunur. 
İdman meydanının istismar xarakteristikaları süni otun xovunun hündürlüyündən və sıxlığından, lifin növündən və doldurulma üsülundan asılıdır. Süni otun xidmət müddəti örtüyün istismar şərtlərindən və döşəmə keyfiyyətindən asılıdır.
Süni ot drenaj binövrəyə döşənir. Multisport və ya tennis üçün otu həm də möhkəm binövrəyə - betona və ya asfalta - döşəməyə olar. Döşəmədən sonra alçaq xovlu ot qumla, futbol otu – qum və kauçuk qranulyantla doldurulur.