Sualınız var? Bizə zənq edin: (+994 55) 464 13 31 | (+994 50) 888 03 53

Süni su hovuzlarının bütün mümkün olan növləri arasında idman hovuzları, o cümlədən, suya hoppanma üçün hovuzlar xüsusi yerdədir. bunun əsas səbəbləri onların tikintisinə qarşı irəli sürülən ciddi tələblərdən ibarətdir. İlk növbədə bu həndəsi forma, ölçülər, suyun hazırlanma xüsusiyyətləri, avadanlığın və daxili işləmənin keyfiyyəti kimi parametrlərə aiddir. İdman hovuzunun təhlükəsizliyi və etibarlılığı tələblərinə riayət olunması həddində artıq mühüm məqamdır. Bundan əlavə, Beynəlxalq üzgüçülük federasiyası (FİNA) kifayət qədər dəqiq norma və tələblər irəli sürür ki, onlar xüsusilə də olimpiya sinfinə aid hovuzlara qarşı müəyyən olunur.

Məhz bütün normativ sənədləri bilməkdən, obyektin fərqləndirici xüsusiyyətlərini nəzərə almaqdan suya hoppanma üçün hovuzun tikintisi başlanmalıdır. Yaxşı işlənmiş layihə aşağıdakılardan ibarətdir:
- Boru kəmərinin diametrlərinin, avadanlığı və sair ləvazimatların seçiminin əsaslandırılması ilə izahedici məktubdan;
- Suyun hazırlanma sisteminin quraşdırılması üzrə işçi cizgilərinin dəstindən;
- Avadanlığın sarılmasını aydın şəkildə görmək imkanını verən suyun hazırlanma sistemlərinin aksonometrik sxemlərindən; 
- Material və avadanlığın detallı spesifikasiyasından.
Tikinti şirkəti əldə olan savadlı layihə üzrə suya hoppanma üçün hovuzun tikintisinə başlayan zaman Sifarişçi demək olar ki, xoşagəlməz sürprizlərdən sığortalanmış olur. məsələn, bunlara tikintinin xərclərinin artması, avadanlığın keyfiyyətli quraşdırılması üçün şəraitin olmamağı, obyektin təhvil verilmə müddətinin uzanması və sair kimi problemlər aiddir. Layihə peşəkarlar tərəfindən hazırlanmışdırsa, Sifarişçi əlavə tikinti materiallarını almaq kimi əlavə problemlərlə üzləşmir, çünki layihə sənədləri detallı spesifikasiyanı daxil edir, və bu da təxmini olaraq tikinti işlərinin dəyərindən 10% qənaət etmək imkanını verir (bu da öz növbəsində layihənin dəyərini doğruldur).

Suya hoppanma üçün hovuz aşağıda qeyd olunanları daxil edən bir kompleksdir: 
Ölçüləri və hoppanma üçün qurğularının quruluşu nəzərdə tutulan qurğuların tərkibi ilə müəyyən olunan şəxsi su hovuzu. Bu zaman qabarit və parametrləri nəzərə almaq lazımdır (hoppanma üçün qurğuların quraşdırıldığı tərəfin ölçüsü – 25 m az olmayaraq, dərinliyi – 4,5 m az olmayaraq, lakin, bu ölçülü hovuzlarda hündürlüyü 7,5 və 10 m olan qüllələr quraşdırılmır. Bu hovuzlarda hoppanma üçün qurğuların dəsti qurğular arasında normativ məsafələrə uyğun olaraq camın eni ilə müəyyən olunur);
Suyun səthindən 1, 3, 5, 7,5 və 10 m hündürlükdə yerləşən meydançalı qüllə;
Hündürlüyü su səthindən 1-3 m olan tramplinlər (onların sayı Sifarişçinin istəyindən asılıdır). 
Suyun səviyyəsini 0,5 - 4,5 qədər tənzimləmək imkanını verən su təzyiqi hovuzu. 
Su səthində qüllədən idmançıların yaxşı görə biləcəyi süni dalğanın yaradılması üçün qurğu.
Bundan əlavə, suya hoppanma üçün hovuz tutacaqlı stasionar pilləkənlərlə təchiz olunur, qüllənin platformasının arxa və yan tərəfləri isə - hündürlüyü 1,2 m olan və ön kənardan 0,8 m aralıda olan məhəccərlə təchiz olunur. suya hoppanma - kifayət qədər travma təhlükəsi olan idman növüdür. Bu səbəbdən qüllələrin platformalarının işçi səthi sürüşməyən səthə malik olmalıdır (adətən sərt yarpaqlı ağac növlərindən istifadə olunur), ön kənarlar isə dairəvi olmamalıdır. Tramplinlərin quraşdırılma yerlərində onların bərkidilməsi üçün detallar nəzərdə tutulur.

Suya hoppanma üçün hovuzların layihələndirilməsi və tikintisi bir sıra incəlik və nüanslara malikdir ki, onların spesifikasını bu təyinatlı su hovuzunun mürəkkəb yaradılma prosesində iştirak edən layihəçilər, mühəndislər və işçilər bilməlidir. Şirkətimizin mütəxəssisləri bu biliklərə kifayət qədər malikdirlər və bütün işlərin öhdəsindən uğurla gəlirlər - layihələndirmədən başlayaraq, hovuzun zəruri avadanlıqla təchiz olunmasına qədər. Biz dünya standartlarına uyğun olan yüksək keyfiyyətə və obyektin istismarı zaman tam təhlükəsizliyinə zəmanət veririk.