Sualınız var? Bizə zənq edin: (+994 55) 464 13 31 | (+994 50) 888 03 53

Bizim günlərimizdə “idman hovuzu” təkcə üzmə üçün 25 və ya 50 metrlik cığırları olan hovuz deyil, həmçinin, kiçik xüsusi hovuz da deməkdir. Buna baxmayaraq, son zamanlar məhz böyük idman hovuzlarının və hovuzlu idman komplekslərinin tikintisi üzrə sifarişlərin sayı əhəmiyyətli dərəcə artmışdır. İdman hovuzlarının tikintisi ümumi sıradan kənara çıxır, çünki onların tikintisinə, ölçülərinə, həndəsi formalarına, daxili işlənməsinə, su hazırlığı sisteminə və avadanlığına xüsusi tələblər irəli sürülür. Bu ilk növbədə, təhlükəsizlik və etibarlılıq tələbləridir (çünki idman hovuzu eyni zamanda fəal istifadəni və çoxsaylı insanların mövcudluğunu nəzərdə tutur), həmçinin, FINA tələbləridir – Beynəlxalq üzgüçülük federasiyasının tələbləri ki, onların təsdiq olunmuş qaydalarına hovuzların (xüsusilə də, olimpiya komplekslərinin) yaradılması zaman mütləq şəkildə riayət olunmalıdır.

Магазин

İdman hovuzları müəyyən, digər hovuzlardan fərqli avadanlıq dəstini, zəruri qurğular, otaqlar və meydançalar siyahısını nəzərdə tutur. Bütün bunlar texnoloji tələblərə, qonaqların hərəkət qrafikinə və yarışların keçirilmə qrafikinə uyğun olmalıdır.

İdman hovuzlarının layihələndirilməsi mütləq şəkildə məhz bu növ süni su hovuzlarının yaradılması xüsusiyyətlərini, eləcə də, ən yeni material və texnologiyaları, tikintidə qabaqcıl metodları və elmin son nailiyyətlərini nəzərə alır. Belə ki, müasir texnologiyalar üzgüçülərin öz qüvvələrini yeni rekordlar qoymağa yönəltməsinə maneçilik törədən çaşdırıcı (və ya xoşagəlməz) amilləri aradan qaldırmağa üstünlük verir. Bu cür yeniliklərə məsələn, suyun yeni resirkulyasiya növü aiddir ki, o, suyun dəyişməsinin “ölü” zonalarını istisna edir. Ayırıcı kanallar da dəyişikliklərə məruz qalmışdır, bu gün onlar üzmə zamanı yaranan dalğaları uğurla zəiflədir və üzgüçülərə sürətlərini artırmaq üçün imkan yaradır.

Müasir günlərimizdə təkcə meqapolislərdə deyil, hətta kottec qəsəbələrində də idman komplekslərinin tikintisi dəbə minib. Ekspertlər sakinlərin digər idman meydançalarının və kompleks zallarının tərkibində qapalı stasionar hovuzun yaradılmasına maraqlarını müəyyən edirlər.

Магазин

«VIP Sport Construction» şirkəti idman üzgüçülük hovuzlarının, əyləncəli-sağlamlaşdırıcı su komplekslərinin layihələndirilməsini və peşəkar şəkildə tikintisini, avadanlığın quraşdırılmasını, servis xidmətini təklif edir. Hovuzun əvvəldən axıra kimi tikintisi bünövrənin tökülməsindən bəzək işlərinin yerinə yetirilməsinə və obyektin istismara verilməsinə qədər tikinti işlərinin tam siklini əhatə edir. Biz müasir materiallardan və tikintidə qabaqcıl metodlardan istifadə edirik, dünya standartları səviyyəsində yüksək keyfiyyətə zəmanət veririk.


Əlaqə: 
Mob: (+994 50) 234 11 00
Tel:   (+994 12) 556 69 82
Mağazanın ünvanı: Bakı - Hava limanı trassı, Binə Atçılıq Mərkəzi ilə üzbəüz