Sualınız var? Bizə zənq edin: (+994 55) 464 13 31 | (+994 50) 888 03 53

Среди стандартов синхронного плавания, содержащихся в Правилах и Положениях о соревнованиях, значатся и технические нормы, предъявляемые к бассейну. Их обязаны учитывать и исполнять в качестве непреложных технологических требований все участники проектно-строительного процесса.

Olimpiya oyunlarının, dünya çempionatlarının keçirildiyi sinxron üzmə üçün hovuz və daha aşağı səviyyə yarışlar üçün, həmçinin, məşq təlimləri üçün nəzərdə tutulmuş eyni təyinatlı hovuz müxtəlif xarakteristikalara malik ola bilər.

Belə ki, sinxron üzmə üzrə mütləq proqram yarışları üçün Beynəlxalq üzgüçülük federasiyasının (FİNA) qaydalarına uyğun olaraq uzunluğu 10 və eni 3 metr olan 2 zona istifadə olunur. Hər bir zona uzunluğu 10 m olmaqla hovuzun divarlarının yaxınlığında və bortdan 1,5 m olmaqla yerləşməlidir. Bu zonalardan birinin dərinliyi - 3 m, digərinin dərinliyi isə 2,5 metrdir. Sinxron üzmə üzrə sərbəst proqram yarışları üçün isə minimal zonanın ölçüləri dərinliyi 2, 5 m az olmamaqla əsas hissənin ölçüsü 12x12 m olmaqla 12x25 m təşkil etməlidir. Qalan zonanın dərinliyi minimal olaraq 1,8 m təşkil edir. FİNA qaydaları ilə qeyd olunur ki, mütləq proqramların keçirilmə zonaları sərbəst proqramlar üçün zonalarla eyni ola bilər.

Olimpiya oyunlarında və sinxron üzgüçülük üzrə Dünya çempionatlarında sərbəst hissənin keçirilməsi üçün isə minimal zonası 20х30 м olan hovuz istifadə olunmalıdır ki, onun tərkibinə 12х12 metrlik dərinliyi 3 m olan zona daxil olmalıdır. 3-2,5 m qədər dərinlik 8 m məsafədə yerləşməlidir. Xüsusi tələblər sinxron üzgüçülük üzrə olimpiya hovuzunun işıqlandırılmasına qarşı irəli sürülür – onun intensivliyi 1500 Lux az olmamalıdır.

Sinxron üzmənin baş verdiyi yerdə hovuz səs və avtomatik hakimlər avadanlığı sistemləri ilə təchiz olunur. Səs avadanlığının minimal dəsti gücləndirici ilə mikşer pultundan, suyun altında fasiləsiz müntəzəm səsin təmin olunması üçün sinxronçuların qulaqları üçün rahat olan sualtı dinamiklərdən, dinamikləri qoruyan qoruyucu sistemlərdən və sair ibarətdir.

Avtomatik hakimlər avadanlığı sisteminə hakim panelləri (onların sayı hakimlərin sayına uyğun olmalıdır), nəticələri hesablanması üçün yazı və əks etdirmə sistemi ilə xüsusi qurğu (bu zaman yalnız FİNA tərəfindən icazə verilmiş proqram və sistemlərdən istifadə etmək olar) daxildir.

Həmçinin, kompüter və proqram təminatı ilə tablonun quraşdırılması nəzərdə tutulmuşdur ki, bu tablo minimal olaraq 10 sətir daxil etməli və cari vaxtı və bütün yazılmış informasiyanı əks etdirməlidir.

Tabloların tövsiyə olunan ölçüləri – eni 7,5 m, hündürlüyü 3,6 m. Avadanlığın qorunması üçün torpaqlanma sistemləri nəzərdə tutulur.

FİNA Qaydalarının bəndlərindən biri qeyd edir ki, sinxron üzmə yalnız müstəsna olaraq şəffaf suyu olan hovuzda keçirilə bilər, su hovuzunun dibi görünməlidir. Suya qarşı daha bir tələb – onun temperaturu 26ºC aşağı olmamalıdır (1 qradus artıq və ya əksik temperatura yol verilə bilər).