Sualınız var? Bizə zənq edin: (+994 55) 464 13 31 | (+994 50) 888 03 53

Olimpiya sinfinə aid hovuzların layihələndirilməsi və tikintisi - mürəkkəb mühəndis – texniki məsələdir. bu cür obyektlərin tikintisinin xüsusiyyəti sərt normalar və konstruksiyalara, texniki sistemlərə, camın həndəsi ölçülərinə (məsələn, tökmə novunun bortunun uzunluğu 50 m olduqda onun üfüqündən cəmi ±2 kənarlaşmaya yol verilir), həmçinin, suyun keyfiyyəti və otaqda temperatur – rütubət rejimi kimi göstəricilərə qarşı irəli sürülən tələblərdən ibarətdir. 
Lakin, olimpiya hovuzunun layihələndirilməsi təkcə normativ sənədlərin ümumi müddəalarında nəzərdə tutulmuş tələblərin sərtliyi ilə çətinləşmir. Layihənin hazırlanması zaman layihəçilər Beynəlxalq üzgüçülük federasiyası (FINA) tərəfindən olimpiya hovuzunun quruluşuna qarşı irəli sürülən qayda və tələblərin məcmusunu nəzərə almalıdırlar.

FINA tələblərinə uyğun olaraq, olimpiya hovuzlarının camlarının uzunluğu 50 m (“qısa” su üzərində yarışlar üçün 25 m), eni 25 m və dərinliyi 2 metrdən az olmamalıdır (suya hoppanmalar üçün – 4,5 metrdən az olmamalıdır). Olimpiya hovuzunun eni hər birinin eni 2,5 m olmaqla 8 çığıra bölünməlidir (üzgüçülük yarışlarının keçirilməsi zaman). Bu zaman birinci çığırın qarşısında və səkkizincidən sonra hər birinin eni 2,5 m olan daha iki zolaq nəzərdə tutulmalıdır.

Artıq fəaliyyət göstərən hovuzda 10 çığırın bir birindən ayrıcı kəmərlərlə ayrılmalıdır, onlara isə diametri 5-15 sm olan üzücü nişanlar bərkidilməlidir ( bütün bunlar birlikdə hörük yaradır). Hər bir hörüyün ilk və son 5 metri qırmızı nişanlardan ibarətdir, qalan hissə isə bu cür doldurulur: 1-ci və 8-ci zolaqlar üçün - yaşıl rəngli nişanlar, 2-ci, 3-cü, 6-cı və 7-ci – göy rəngli, 4-cü və 5-ci isə - sarı rəngli nişanlar. Hovuzun dibində hər zolağın ortasında eni 0,2÷0,3 m, uzunluğu 46 m 50 metrlik hovuzlarda və 21 m 25 metrlik hovuzlarda kontrast tünd rəngli xətt çəkilir.

Aydındır ki, olimpiya hovuzlarının təkcə ölçüləri normativ sənədlərlə və FİNA tələbləri ilə dəqiq müəyyənləşdirilmir, həmçinin, istər zəruri (suyun hazırlanması və resirkulyasiyası sistemi və sair), istərsə də xüsusi avadanlıq da burada müəyyən olunur. belə ki, Beynəlxalq üzgüçülük federasiyasının adı çəkilən qaydalarına uyğun olaraq bütün olimpiya hovuzları yarışların növündən asılı olaraq (üzgüçülük, suya hoppanma, su polosu və sair) avtomatik sistem üçün kontakt panellərlə. Start tumbalarla, qüllələrlə, tramplinlərlə, darvazalarla, informasiya tabloları ilə və digər xüsusi avadanlıqla təchiz olunur.

Məsələn, üzgüçülük üzrə yarışların keçirilməsi zaman avtomatik sistem üçün kontakt panellərin quraşdırılmasına xüsusi diqqət yetirilir. Şəffaf boyanmış, hovuzun divarları üçün nəzərdə tutulan bu panellər suyun səthindən 3 m yuxarıda və 6 m aşağıda yerləşməlidir. Panellər layihədən asılı olaraq hər zolağın mərkəzində camın divarına bərkidilə bilər, çıxarıla bilər, yəni, yalnız yarış zamanı bərkidilən panellərin quraşdırılması da mümkündür. Mütləq şəkildə həssaslıq, təhlükəsizlik kimi xüsusiyyətlər də nəzərə alınır.

Olimpiya hovuzlarına qarşı FİNA tələblərinə uyğun olaraq, yarış zamanı suyun temperaturu daimi səviyyədə 25÷28ºC dərəcədə saxlanılmalıdır. Bir çox ölkələrdə mövcud olan sanitar – gigiyenik normalara riayət edərək, olimpiya tipli hovuzlarda suyun axını və boşaldılmasına yol verilir, lakin, bu proseslər güclü axınlar, su dövriyyələri və çalalar yaratmamalıdır.

Olimpiya hovuzlarına qarşı irəli sürülən norma və standartlara dəqiq riayət etmək tikintinin başa çatmasından sonra homologizasiya şəhadətnaməsini almaq imkanını verir - beynəlxalq yarışların tələblərinə tam uyğunluq üzrə texniki yoxlama şəhadətnaməsi. Bu şəhadətnamələr qeyd olunan hovuzlarda olimpiya səviyyəli yarışların keçirilməsinə icazə qismində çıxış edir. Bu şəhadətnaməsiz bütün əldə olunmuş rekordlar ləğv oluna bilər.